Azərbaycana xaricdən pul köçürmələri 14%-dən çox azalıb

Azərbaycana xaricdən pul köçürmələri 14%-dən çox azalıb

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 641.4 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 201.9 milyon manata bərabər olub.

“Cebheinfo.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 14.7% və ya 110.1 milyon manat, banklardan xaricə köçürmələr isə 8.3% və ya 18.3 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 751.5 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 220.2 milyon manat təşkil edib.

“Cebheinfo.az”