Tramp and içdi, liderlər yaltaqlandı...

“NATO-nun Haaqa sammitinin əsas sessiyası zamanı Donald Trampın müdafiə xərclərini tərifləməsiylə başlayıb. O and içib ki, Rusiya onun prezident olduğu müddətdə NATO-ya heç vaxt hücum etməyəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “The Washington Post” yazır.
Media yazır ki, NATO-nun toplantısı Avropanın müdafiəsinə, xərclərin artırılmasına və təhdidlərlə mübarizəyə həsr olunub. Tramp günün çox hissəsini İrana zərbələrini müdafiə etməklə keçirib.
Digər liderlər də öz növbəsində Trampın Avropanın müdafiə xərclərini artırmaq səylərini yüksək qiymətləndiriblər. Bəziləri onun İrana zərbələrini dəstəkləyiblər. Avropa rəsmilərinin sözlərinə görə, onların bir çoxu yaltaqlıq edib və bunun Trampla ünsiyyət yolu olduğunu düşünüblər.
"Tramp sessiya boyunca digər liderləri dinlədi. ABŞ prezidentləri həmişə beləe tmir, onlar bəzən çıxış etməyə gəlirlər, lakin sonra digər liderlər danışarkən başqa görüşlərə gedirlər", - deyə WP yazır.
Xəzər
“Cebheinfo.az”