Sabirabad sakini arvadını və gəlinini bıçaqladı

Sabirabad sakini arvadını və gəlinini bıçaqladı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Beşdəli kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Rəvan Sərdar oğlu həyat yoldaşı Beşdəli kənd sakini, 1964-cü il təvəllüdlü Hüseynova Aidə Məhəmməd qızı və gəlini, 1983-cü il təvəllüdlü Hüseynova Lətafət Muxtar qızını bıçaqlayıb.

Yaralılar bıçaq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

R.Hüseynov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”