Baş nazirin başına su damcıladı: Deputatlar dağılışdı

Fransanın bir çox vilayətlərində fırtına olduğu bir vaxtda, parlamentdə tavandan su sızması səbəbilə iclasa fasilə verilib.
"Cebheinfo.az" xəbər verir ki, Orta Şərqdəki vəziyyətin müzakirə olunduğu iclas zamanı tribunda çıxış edən Fransa Baş naziri Fransua Bayronun başına su damcılayıb. Bayro iclasa rəhbərlik edən parlament sədrinin müavini Roland Leskura müraciətlə “Yağışın yağdığını gördünüzmü?”,- deyə soruşub. Leskura isə “İndi gördüm, cənab Baş nazir. Məclis binasının su keçirmədiyini demişdilər, amma görünür, elə deyilmiş” cavabını verib.
Kürsüyə çıxmazdan əvvəl diqqətli olunmasını istəyən Leskure yanğınsöndürmə qruplarının müdaxiləsi üçün iclasda fasilə elan edib. Sosialist Partiyasının (PS) Baş katibi Olivye For Parisdə təsirli olan fırtınanın Məclisin tavanına vurduğu ziyana dair fotoları sosial media hesabında paylaşıb. Fransa Meteorologiya İdarəsi Meteo-Frans fırtına səbəbilə 42 vilayət üçün narıncı xəbərdarlıq elan edib. Normandiya bölgəsində küləyin sürəti saatda 120 kilometrə çatıb.
Milli mətbuatda yer alan xəbərlərə görə, fırtına tədbirləri çərçivəsində Paris Orly Hava Limanında uçuşların sayı 20 faiz azaldılıb, Auvergne bölgəsində isə yerli saatla 16:00-dan etibarən qatar seferlərinə ara verilib. Pis hava şəraiti səbəbilə paytaxt Parisdə bəzi metro dayanacaqları bağlanıb. İki vilayətdə ağacların aşması nəticəsində isə 2 nəfər həyatını itirib.
Nigar Hacılı
"Cebheinfo.az"