Metroda casus yaxalanıb 

Metroda casus yaxalanıb 

İranın paytaxtı Tehranda metroda şübhəli kimi   saxlanılan şəxsin İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın casusu olduğu iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, İran Dövlət Televiziyası Tehran metrosundakı hadisə ilə bağlı İran Polis İdarəsinin yaydığı açıqlamanı yayımlayıb. Açıqlamada metroda şübhəli görülən bir şəxsin saxlanıldığı bildirilib.

Həmin şəxsin üzərində hərbi və strateji əhəmiyyət daşıyan məkanların yerini göstərən bir cihazın aşkarlandığı, həmçinin bu şəxsin əldə etdiyi məlumatları naməlum nömrələrə göndərərək ivrit (ibrani) dilində göstərişlər verdiyi iddia olunub. Açıqlamada istintaqın davam etdiyi qeyd edilsə də, saxlanılan şəxsin kimliyi barədə məlumat verilməyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"