Ərdoğan Trampla söhbətində NƏ İSTƏYİB?

Ərdoğan Trampla söhbətində NƏ İSTƏYİB?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşü barədə danışıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Anadolu” yazıb. 

Ərdoğan Hollandiyadan qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandırıb.

Onun sözlərinə görə, danışıqlar zamanı ikitərəfli münasibətlər, NATO çərçivəsində tərəfdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Ərdoğan Trampın İsrail və İran arasında atəşkəsə nail olmaq üçün atdığı addımlar kimi Qəzza və Ukraynadakı münaqişələrə də son qoymaq üçün səy göstərəcəyə ümid edib.

Türkiyə lideri bildirib ki, Ağ Ev rəhbəri ilə Ankaranın beşinci nəsil F-35 qırıcıları ilə təchizatı məsələsini müzakirə edib. Bu mövzuda tərəflər arasında texniki məsləhətləşmələr artıq başlayıb. O, bu prosesdə irəliləyiş olacağına ümid etdiyini bildirib.

"Ankara F-35 proqramında iştirakdan imtina etməyib, biz həmkarlarımızla layihəyə qayıtmaq niyyətini müzakirə edirik", - Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan bildirib ki, Ankaranın regional məsələlər, ilk növbədə Suriya ilə bağlı narahatlığı bütün səviyyələrdə Amerika tərəfinə açıq şəkildə çatdırılıb.

O, İranın Hörmüz boğazını mümkün bağlamasının nəticələrini şərh edərək, bunun “geniş miqyaslı problemlərə” səbəb olacağı barədə xəbərdarlıq edib. Türkiyə lideri vurğulayıb ki, Ankara Tehranın belə bir addım atmayacağını gözləyir.

Xəzər
“Cebheinfo.az”