Sərnişin təyyarəsi qəza enişi etdi

Sərnişin təyyarəsi qəza enişi etdi

ABŞ-də “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərrikindən tüstü və alov çıxmasından sonra Las Veqas şəhərindəki hava limanına təcili eniş edib.

"Cebheinfo.az" xəbər verir ki, “American Airlines”-ın verdiyi açıqlamada bildirilir ki, “Airbus A321” tipli, “AA1665” reysi ilə uçan təyyarə Las Veqas şəhərindəki Harry Reid Beynəlxalq Hava Limanından Şimali Karolinadakı Charlotte Douglas Beynəlxalq Hava Limanına uçmaq üçün havaya qalxdıqdan qısa müddət sonra mühərrikdə texniki nasazlıq aşkarlanıb. Açıqlamada təyyarənin qalxdığı Las Veqasa qayıtmaq məcburiyyətində qaldığı, təyyarədə olan 153 sərnişin və 6 ekipaj üzvündən heç kimin xəsarət almadığı qeyd olunub. ABŞ Federal Aviasiya İdarəsinin (FAA) açıqlamasında isə hadisə ilə bağlı araşdırmaya başlandığı və nasazlıq aradan qaldırılana qədər təyyarənin xidmət xaricində saxlanılacağı bildirilib. Sosial şəbəkələrdə paylaşılan videoda təyyarənin sağ mühərrikindən tüstü və alovun çıxdığı görünür. 

Nigar Hacılı 
"Cebheinfo.az"