Şahzadəyə qarşı şok İTTİHAM

Britaniya kral ailəsinin məşhur cütlüyü olan şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton tənqid hədəfinə çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, Uels şahzadəsi Uilyam ötən şənbə günü 43 yaşını qeyd edərkən itləri ilə poz verməsi PETA heyvan hüquqları təşkilatının narazılığına səbəb olub.
Belə ki, Kensinqton Sarayı bu xüsusi gündə Uels şahzadəsinin iti Orla və üç bala ilə oynadığı fotonu yayımlayıb.
Heyvanların hüquqlarını müdafiə edən PETA fotoda Şahzadənin iti Orlanın balalarını gördükdə qəzəblənib. Sığınacaqlarda övladlığa götürülməyi gözləyən o qədər çox it olduğu halda, kral ailəsinin cocker spaniel cinsi balalarının olmasından qəzəblənən PETA Şahzadə Uilyam və onun həyat yoldaşını sərt şəkildə tənqid edib.
PETA-nın vitse-prezidenti Elisa Allen "Şahzadə Uilyamla və Şahzadə Keyt bilməlidirlər ki, ölkəmizdə və bütün dünyada sığınacaqlar sahiblənməyi ümidsizcə gözləyən balalarla dolub-daşır. Əgər Şahzadə Uilyam liderlik edəcəksə, sığınacaqlardan heyvan sahiblənən atası Kral Çarlz və onun həyat yoldaşı Kamillanı nümunə götürə bilər",- deyə bildirib.
Allenin sözləri bir çoxları tərəfindən dəstəklənsə də, bəziləri “Bu, böyük bir şey deyil. Heyvan sevgisi pozudur",- deyə reaksiya veriblər.
Əfsanə
"Cebheinfo.az"