18 nəfərin ölüm səbəbi BƏLLİ OLDU

18 nəfərin ölüm səbəbi BƏLLİ OLDU

Yaponiya Yanğın və Fəlakət İdarəetmə Agentliyi 16–22 iyun tarixlərində ölkə üzrə ən azı 18 nəfərin isti vurmasından həyatını itirdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, isti səbəbilə 8 min 603 nəfər xəstəxanaya yerləşdirilib. Ən çox belə hal isə 896 nəfərlə Tokyo şəhərində qeydə alınıb. Onlardan 61.8 faizi 65 yaş və yuxarıdır.

Son günlərdə Yaponiyanın müxtəlif bölgələrində hökm sürən həddindən artıq isti hava ölkəni təsiri altına alıb. 17 iyun tarixində ölkə üzrə 914 ölçmə nöqtəsindən 65-də 35 dərəcə və daha yüksək temperatur qeydə alınıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"