Məktəblərdə valideyn üsyanına səbəb olan məsələ ORTADAN QALXDI

Türkiyə milli təhsil naziri Yusuf Tekin məktəbli forması ilə bağlı valideynləri yaxından maraqlandıran yeni tətbiqi açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, nazirin sözlərinə görə, məktəblərin valideynləri müəyyən mağazalara yönləndirdiyi dövr artıq başa çatıb:
"Yeni dövrdə hər bir məktəb öz modelini müəyyən edəcək. Lakin valideynlərin bu paltarları haradan alacağına dair göstəriş verilməyəcək. Bundan sonra hər məktəb öz formasını təyin edəcək. Mağazaya yönləndirmək kimi bir şey yoxdur. Şagirdlərimiz istər öz əyalətindən, istərsə də başqa vilayətdən oxşar paltar alıb istifadə edəcəklər. Biz də istəmirik ki, uşaqlarımız 4 il ərzində hər sinif üçün forma dəyişdirsin".
Nigar
"Cebheinfo.az"