Ermənistan Azərbaycanla yeni görüş istəyir

Ermənistan Azərbaycanla yeni görüş istəyir

Ermənistan yaxın vaxtlarda Azərbaycanla yeni müzakirələr apara bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

"Ermənistan tərəfindən reaksiya müsbətdir. Nəzərə alsaq ki, biz sülh müqaviləsi imzalamağa hazırıq,  belə bir görüşün keçirilməsinin tərəfdarı olacağıq", - Kostanyan əlavə edib.

“Hamınızın bildiyi sonuncu müzakirə iki ölkə liderlərinin Tiranada keçirilən görüşü olub. Biz inanırıq ki, yaxın vaxtlarda Azərbaycan tərəfi ilə yeni müzakirələr aparıla bilər.

Bizim üçün kommunikasiyaların Ermənistan Respublikasının yurisdiksiyasında olması və Ermənistanın bu yollar üzərində suverenliyinin qorunması prinsipi qalır”, - deyə o bildirib.

“Türkiyə Azərbaycanı konstruktiv arenaya çıxarmağa cəhd göstərirmi?” sualına  Kostanyan belə cavab verib: "Mən hesab edirəm ki, bölgəmizdə kommunikasiyaların açılması Türkiyə tərəfinin həyati maraqlarına cavab verir. Ümid edirik ki, əldə olunmuş razılaşmalar həyata keçiriləcək və biz bu məsələ ilə bağlı mövqeyimizi həm qapalı görüşlərdə, həm də təbii ki, açıq şəkildə daim ifadə edirik".

Xəzər
“Cebheinfo.az”