Reanimasiyada olan tanınmış ekspertin oğlu: "Hər dəqiqə nəsə ola bilər"

Xəbər verdiyimiz kimi, tanınmış təhsil üzrə ekspert Nadir İsrafilov xəstəxanaya yerləşdirilib.
Artıq bir neçə gündür ki, Avropa Beynəlxalq Hospitalında müalicəsi davam edir. Avropa Beynəlxalq Hospitaldan
"Cebheinfo.az"-a bildirilib ki, Nadir İsrafilov hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır. Nadir İsrafilovun oğlu Emin İsrafilovun sözlərinə görə, həkimlər hələ dəqiq bir məlumat demirlər:
"Biz də bir cavab gözləyirik. Xəstəliyinin səbəbinə gəlincə, ödündə daş olub. Onun fonunda yayılıb, boruya düşüb, infeksiya yaranıb. Hələ müalicə gedir, dəqiq heç nə deyə bilmirlər. Reanimasiyaydır. Hər dəqiqə nəsə ola bilər. Danışa bilmir, aparata qoşuludur".
Nigar Abdullayeva
"Cebheinfo.az"