Paşinyanın ən böyük düşməni GERİ ÇƏKİLDİ

“Katolikos II Qaregin vəziyyətin gərginləşməsinin əleyhinədir və hakimiyyətin kilsəyə qarşı biabırçı kampaniyasına baxmayaraq, son dərəcə ehtiyatlıdır”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr Müqəddəs Eçmiədzinin Ana Taxtına yaxın mənbəyə istinadən yazır:
“Məsələn, o, vəkillərin və din xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilməsinin əleyhinə idi. Onu bunda qəbahət olmadığına və belə bir tədbirin keçirilməsi zəruriliyinə inandırmaq çətin oldu.
O, Samvel Karapetyanın hər hansı açıqlama verməsinin əleyhinə də olub. Amma Karapetyan katolikosla görüşdən sonra Eçmiədzində qısa müsahibə verib”.
Nəşr yazır ki, II Qaregin hadisələrin toqquşmaması üçün radikal ruhaniləri və dindarların əsəblərini cilovlamağa və tarazlaşdırmağa çalışır:
“O, hələ də Nikol Paşinyanla hazırkı eskalasiya dövrünün tezliklə keçəcəyinə ümid edir”.
Xatırladaq ki, Ermənistanda dünəndən başlayaraq etirazçı kəsimə qarşı tədbirlər başlayıb. Paşinyana qarşı çıxan keşiş Baqrat Qalstyan həbs olunub, “daşnak”ların evlərində axtarış aparılıb. II Qareginin da mövqeyinin loyallaşmasına bu prosesin müəyyən qədər təsiri ola bilər.
Xəzər
“Cebheinfo.az”