Rusiyadan İranla bağlı yeni qərar 

Rusiyadan İranla bağlı yeni qərar 

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviatsiya") İsrail və Qətərə uçuşların bərpasına icazə verib, lakin İrana uçuş qadağasını uzadıb.

"Cebheinfo.az" xəbər verir ki, "Rosaviatsiya"nın yazılı açıqlamasında Yaxın Şərqdə baş verən hadisələrin izlənildiyi bildirilib.

Buna əsasən, Qətərə uçuşların yenidən başlamasına razılıq verildiyi, İsrailə isə Moskva vaxtı ilə saat 01:00-dan 07:00-a qədər olan vaxt istisna olmaqla uçuşlara icazə verildiyi qeyd olunub.

İrana uçuş qadağasının uzadıldığı və İordaniya ilə İraq hava məkanlarının istifadəsinə dair qadağanın da qüvvədə qalacağı vurğulanıb.

Açıqlamada “Əgər vəziyyətdə hər hansı bir dəyişiklik olarsa, bu barədə məlumat dərhal Rusiya hava nəqliyyatı operatorlarına veriləcəkdir”,- deyə qeyd olunub.

Nigar Hacılı
"Cebheinfo.az"