Rusiya təyyarələri Donetskdə Ukrayna mövqelərini vurdu

Rusiya Aerokosmik Qüvvələri Donetskin Popov Yar bölgəsində Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş ərazisinə bir sıra hava zərbələri endirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ukraynanın atəş mövqeləri, şəxsi heyətin müvəqqəti yerləşdirmə postları və məntəqələri, döyüş sursatı və maddi ehtiyatların saxlanma məntəqələri, habelə bir neçə avtomobil vurulub.(Axar.az)
"Cebheinfo.az"