"Çelsi"nin qapıçısı Londonun başqa klubuna keçir

"Çelsi"nin qapıçısı Londonun başqa klubuna keçir

"Çelsi"də çıxış edən qapıçı Kepa Arrisabalaqa İngiltərədə klubunu dəyişir.

Bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

30 yaşlı futbolçu Londonun digər təmsilçisi "Arsenal"a keçəcək. "Topçular" bu transfer üçün qarşı tərəfə 5 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, Kepa Arrisabalaqa 2024/2025 mövsümündə icarə əsasında "Bornmut"da çıxış edib. O, bütün turnirlərdə 35 matçda iştirak edib.

"Cebheinfo.az"