“Baku Electronics” qanunvericiliyi pozdu

“Baku Electronics” qanunvericiliyi pozdu

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi daxil olmuş müraciətlər əsasında “Baku Electronics” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, araşdırmanın predmetini “YOSHIRO” adlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarının olub-olmaması təşkil edib.

Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi və rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

"Cebheinfo.az"