Eçmiədzində axtarış aparılır

Müxalif fikirli Eçmiədzin sakinlərinin evlərində axtarışlar aparılır.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə müxalifət fraksiyası “Eçmiədzin bloku”nun rəhbəri Sevak Xaçatryan açıqlama verib.
O bildirib ki, axtarışlardan sonra insanlar istintaq şöbələrinə aparılır.
Evində axtarış aparılanlar arasında “Eçmiədzin” fraksiyasının üzvləri də var.
Müşfiq Abdulla
“Cebheinfo.az”