Gəncədə yol qəzası olub: Xəsarət alanlar var

Gəncədə baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, "Ford Fusion" markalı avtomobilin sürücü 1999-cü il təvəllüldü R.Qasımov, "VAZ 2106" sürücüsü V.Məmmədov, həmiçinin "VAZ" olan sərnişinlər - 1967-ci il təvəllüdlü R.Əhmədova, 1991-ci il təvəllüdlü Z.Heydərov və 1985-ci il təvəllüdlü M.Eyyubova olduğu bildirilir.
Xəsarət alanlar Şəmkir rayonun Sabirkənd kənd sakinləridir. Onların kənd orta məktəbinin müəllimləri olduğu bildirilir. Məlumata görə, onlar Gəncə şəhərinə imtahan vermək üçün gəliblər.
Faktla bağlı araşdırma aparılır.
14.01
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, '"Ford" və "VAZ " markalı minik maşınları toqquşub. Qəzada bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
"Cebheinfo.az"