Bu rayonların prokurorları da dəyişmədi

Bu rayonların prokurorları da dəyişmədi

Prokurorluq orqanlarında kadr dəyişiklikləri davam edir.

"Cebheinfo.az" xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə altı rayonun prokuroru ikinci səlahiyyət müddətinə vəzifəsində saxlanılıb.

Belə ki, Səadət Rüstəmova Qobustan, Anar Cəfərov Ağstafa, Nazim Babayev Qəbələ, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax, Vasif Süleymanov isə Ağdam rayon prokuroru vəzifəsinə yenidən təyin olunublar.

"Cebheinfo.az"