Vaqif Poeziya Günlərinin vaxtı məlum olub

Vaqif Poeziya Günlərinin vaxtı məlum olub

Vaqif Poeziya Günlərinin açılışı 14 iyulda Qazaxda keçiriləcək.

Bu barədə APA-ya Yazıçılar Birliyinin katibi İlqar Fəhmi məlumat verib.

“Molla Pənah Vaqif marşrutu üzrə açılışdan sonra tədbirlər 15-i Gəncədə, 16-sı Ağdamda, 17-si və 18-i isə Şuşa şəhərində keçiriləcək. Bağlanış mərasimi Şuşada baş tutacaq”, – deyə İlqar Fəhmi bildirib.

O, həmçinin qeyd edib ki, Vaqif Poeziya Günləri çərçivəsində Bəxtiyar Vahabzadənin yubileyi ilə bağlı tədbir də keçiriləcək.

Mədəniyyət Nazirliyi faktı APA-ya təsdiqləyib.

"Cebheinfo.az"