Bu ölkədə ölüm cəzası LƏĞV OLUNUR

Vyetnam korrupsiya və hökuməti devirməyə yönəlmiş fəaliyyətlər də daxil olmaqla səkkiz cinayət üzrə ölüm cəzasını ləğv etmək qərarı alıb.
"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Cinayət Məcəlləsində dəyişiklik edilməsi üçün parlamentdə səsvermə keçirilib. Əksəriyyətin dəstəklədiyi bu dəyişikliklərə əsasən, dövlət əmlakına zərər vurma, saxta dərman istehsalı, ictimai asayişi pozma, hücum müharibəsinə başlama, casusluq, narkotik qaçaqmalçılığı, korrupsiya və hökuməti devirməyə yönəlmiş əməllər kimi cinayətlərə verilən ölüm cəzası ləğv olunacaq. Bu cinayətlər üçün nəzərdə tutulan ən ağır cəza ömürlük həbs olacaq.
Qərarın gələn ay qüvvəyə minməsi gözlənilir. Rəsmi məlumatlar açıqlanmasa da, müxtəlif hesabatlara görə Vyetnamda təxminən 1200 nəfərin ölüm cəzasına məhkum edildiyi bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"