"Qarabağ"ın Xankəndidə tələbələrlə görüşü olub

"Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Xankəndidə tələbələrlə görüşüblər.
"Cebheinfo.az" xəbər verir ki, Qarabağ Universitetində baş tutan görüş zamanı təhsil ocağının rektoru Şahin Bayramov komanda üzvlərini salamlayaraq, onlara universitet barədə məlumat verib.
"Qarabağ"ın əldə etdiyi nailiyyətlərdən də söz açan rektor komandaya gələcək oyunlarında uğurlar arzulayıb. "Qarabağ" klubu tərəfindən universitetə imzalı top və forma hədiyyə olunub. Daha sonra komanda üzvləri Qarabağ Universiteti ilə tanış olublar.
Qeyd edək ki, "Qarabağ"ın üzvləri bu gün, həmçinin Xankəndi, Ağdam və Füzulidə də sakinlərlə görüşəcəklər.
"Cebheinfo.az"