Si Cinpin BRICS sammitində iştirak etməyəcək

Si Cinpin BRICS sammitində iştirak etməyəcək

Çin lideri Si Cinpin ilk dəfə olaraq BRICS sammitində iştirak etməyəcək.

Bu barədə "South China Morning Post" nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Çin rəsmiləri Braziliya hökumətinə Si Cinpinin cədvəlində yaranan problemlərə görə sammitə qatıla bilməyəcəyini deyiblər.

Sammit 6–7 iyul tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.

"Cebheinfo.az"