İranda İsrailə casusluqda şübhəli bilinən əcnəbi həbs edilib

İranda İsrailə casusluqda şübhəli bilinən əcnəbi həbs edilib

İran hakimiyyəti Hörmüzgan əyalətindəki hərbi obyektlərdə İsrailin xeyrinə casusluqda ittiham olunan Avropa İttifaqı ölkələrindən birinin vətəndaşını həbs edib.

“Report” İsrail mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ölkəyə turist qismində gələn xarici vətəndaş daha sonra hərbi və məxfi obyektlərdən kəşfiyyat məlumatları toplamaq üçün Hörmüzgana yollanıb.

Saxlanılan şəxsin milliyyəti və digər təfərrüatlar açıqlanmır.

“Cebheinfo.az”