"Neftçi"nin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, paytaxt təmsilçisi IV qrupda Türkiyənin “Fomget” klubu ilə üz-üzə gələcək.
Təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" yarımfinalda Türkiyə klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək.
"Neftçi" ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də keçiriləcək.
"Cebheinfo.az"