ELAN OLUNDU: 61 və 6401-ci komissiyalar da...

İdman istiqamətinə aid 61 (qabiliyyət imtahanı iki mərhələdən ibarət olan idman ixtisaslarının yalnız birinci mərhələsi) və 6401-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən (https://eservices.dim.gov.az/Qabiliyyet/Account/Login) çap edə bilərlər.
“Cebheinfo.az” xəbər verir ki, buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.
Həmçinin xatırlatmaq istəyirik ki 62 və 63-cü komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlərin buraxılış vərəqələri də bir neçə gün əvvəl sistemə yerləşdirilib.
Abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər idman paltarı və sağlamlıq haqqında tibbi arayış (U086) gətirməlidirlər. Abituriyentlər istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun qəbul proqramı ilə öncədən tanış olmalıdırlar. Qəbul proqramları “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.
Nigar
“Cebheinfo.az”