Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb - YENİLƏNİB

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb.
“Report”un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Həsənriz və Sarıcalı kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Həsənriz kəndinə 40 ailə (146 nəfər) köçürülüb. Bununla da kəndə köçürülən ailələrin sayı 130-a (452 nəfər) çatıb.
Bu gün həmçinin Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan 1 ailə (4 nəfər) də kəndə çatıb. Qeyd olunan köç də daxil olmaqla, Sarıcalıya köçürülən ailələrin sayı 186 (775 nəfər) olub.
11:43
Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salınıb.
“Report”un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı göndərilib.
Bu ərazilərə köç edənlər ölkənin müxtəlif regionlarında, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülür.
Qeyd edək ki, iyunun 24-də təşkil olunan köç də nəzərə alınmaqla Ağdərə rayonunun Həsənriz kəndi ilə Ağdam rayonunun Sarıcalı kəndinə köçürülən ailələrin sayı müvafiq olaraq 130-a (452 nəfər) və 186-ya (775 nəfər) çatacaq.
"Cebheinfo.az"