İraq da hava məkanını açdı

İraq da hava məkanını açdı

İraqın hava məkanının yenidən beynəlxalq uçuşlar üçün açıldığı açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, İraq Mülki Aviasiya Təşkilatının rəhbəri Bengin Rekani mövzu ilə bağlı yazılı açıqlama verib.

Rekani təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, milli və beynəlxalq qurumlarla koordinasiya nəticəsində hava məkanının beynəlxalq uçuşlar üçün yenidən açıldığını açıqlayıb.

Xatırladaq ki, İraq İsrail və İran arasında hücumlara görə hava məkanını uçuşlar üçün bağlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"