İran ABŞ-ni cavab zərbələri ilə HƏDƏLƏDİ

ABŞ yenidən hücum etməyə cəhd etsə, bu dəfə daha sərt və təsirli zərbələrlə üzləşəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əhməd Əcam danışıb.
“Bizim cavab əməliyyatımız “Qələbə müjdəsi” ABŞ-nin atdığı addımlara uyğun idi. Amma vəziyyəti diqqətlə izləyirik. Əgər bir daha torpaqlarımıza toxunsalar, bu dəfə hədəflər daha ciddi və dağıdıcı olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, iyunun 23-də isə İran Qətərdə yerləşən və ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası sayılan Əl-Udeyd bazasını raket atəşinə tutub. ABŞ tərəfi bildirib ki, hücum nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb.
Daha sonra ABŞ Prezidenti Donald Tramp bildirdi ki, İsrail və İran atəşkəsə razılaşıblar. İsrail də bu məlumatı təsdiqləyib və əməliyyatlar zamanı qarşıya qoyulan bütün məqsədlərin yerinə yetirildiyini bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"