Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ – Nazir açıqladı

"Müəllimlərin işə qəbul imtahanlarının dəqiq vaxtı ilə bağlı açıqlama veriləcək. İmtahanın iyul ayında keçirilməsi nəzərdə tutulub".
"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, sertifikasiya prosesi bitəndən sonra şikayətlərə baxılıb təhlillər aparılacaq:
“Müəllimlərin müraciətinə baxılacaq. Təhlillər nəticəsində hər hansı bir fərq görsək, müəyyən qərarlar qəbul edə bilərik. Bununla bağlı təhlillərimiz olacaq”,- deyə o bildirib.
"Cebheinfo.az"