Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Digər dəyişikliyə görə, bələdiyyə bildirişləri elektron qaydada göndəriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
"Cebheinfo.az"