Ərdoğan Ukrayna müharibəsindən DANIŞDI

Türkiyə Ukraynadakı müharibənin ədalətli həll yolu üçün səylərini davam etdirəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland səfərindən əvvəl təşkil edilmiş mətbuat konfransında danışıb.
“Avropa İttifaqının son dövlərdəki müdafiə sahəsindəki fəaliyyətini yaxından izləyirik. Türkiyənin müdafiə sektoru Aİ-nin bu sahədəki inkişafına böyük töhfə verə bilər. Ukraynadakı müharibənin ədalətli yolla həlli üçün də səylərimiz davam edir. Üçillik fasilədən sonra tərəfləri İstanbulda görüşdürdük, əsir və meyitlərin mübadiləsi barədə qərara nail olduq. İstanbul görüşünü davam etdirmək niyyətindəyik”, - o qeyd edib.
"Cebheinfo.az"