“Sabah” futbolçusu ilə yollarını ayırıb

“Sabah” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.
"Cebheinfo.az" xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, o, 2022-ci ildən “bayquşları”ın uğurları üçün çalışıb. N.Ələsgərov paytaxt təmsilçisinin heyətində 83 (7) oyun keçirib.
30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
"Cebheinfo.az"