Rutte: Ukraynanın NATO-ya gedən yolu açıqdır

Ötən il ABŞ-də keçirilən zirvə görüşündə qəbul edilmiş qərarlara uyğun olaraq Ukraynanın alyansa gedən yolu açıqdır.
Bunu NATO-nun baş katibi Mark Rutte Haaqa sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.
"Ukrayna üçün NATO-ya yol - açıqdır. Biz danışarkən, bu körpünü qururuq", - o qeyd edib.
Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Budapeşt bu həftə NATO və Avropa İttifaqı sammitlərində Ukraynanın alyansa və Aİ-yə inteqrasiyasına mane olmağa çalışacaq.
“Cebheinfo.az”