İcra başçısı müavinini vəzifəsindən azad etdi

İcra başçısı müavinini vəzifəsindən azad etdi

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl bununla bağlı icra başçısı müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub. Artıq onunla bağlı məlumat icra hakimiyyətinin saytından çıxarılıb.

Xatırladaq ki, 1975-ci il təvəllüdlü V. Əsgərli 11 il əvvəl icra başçısının müavini vəzifəsinə təyin edilmişdi.

"Cebheinfo.az"