Qabiliyyət imtahanında 10 bal toplayan abituriyent – “Özümdən əminəm”

Qabiliyyət imtahanında 10 bal toplayan abituriyent – “Özümdən əminəm”

Xəbər verdiyimiz kimi, bu gün Tofiq Bəhrəmov adına stadionda Dövlət İmtahan Mərkəzi tərəfindən bədən tərbiyəsi və idman istiqamətində 62-ci komissiya üzrə qabiliyyət imtahanı keçirilib.

İmtahanda iştirak edən 11-ci sinif şagirdi Ərkin Zamani Bizim.Media-ya açıqlamasında qabiliyyət imtahanı ilə bağlı fikirlərini bölüşüb:

"İmtahanım uğurlu keçdi, gözlədiyimdən də yaxşı nəticə topladım. Çünki qaçışlar üzrə 10 bal aldım. Keçəcəyimi düşünürəm, özümdən əminəm".

"Cebheinfo.az"