"Küçük Emrah"ın varisi meydanda: Elyesa səsi ilə hər kəsi valeh etdi

Türk musiqisinin sevilən simalarından olan Emrahın 10 yaşlı oğlu Elyesa, atasının yeni mahnısı "Derbeder"i səsləndirərək sosial şəbəkələrdə böyük marağa səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, avtomobil səfəri zamanı çəkilmiş görüntülərdə Elyesa həm səsinin oxşarlığı, həm də özünəməxsus ifa tərzi ilə izləyiciləri heyran qoyub.
Sosial şəbəkə istifadəçiləri onun səsini illər öncə "Küçük Emrah" kimi tanınan atasının gənclik illərindəki səsinə bənzədiblər.
Xatırladaq ki, ötən ilin oktyabrında Emrah konsertlərindən birində oğlunu səhnəyə çıxarmış, onu tamaşaçılara "Küçük Emrah" deyə təqdim etmişdi. Onların birlikdə ifa etdiyi "Götür Beni Gittiğin Yere" mahnısı hər kəs tərəfindən çox bəyənilmişdi.
Bu dəfə isə Elyesanın performansını anası Sibel Erdoğan lentə alıb. Avtomobildə verdiyi kiçik "konsert"lə sosial şəbəkələrdə parlayan balaca sənətçi, təkcə səsinin gözəlliyi ilə deyil, həm də ifasına qatdığı emosional güc və təbii istedadı ilə də böyük bəyənmə qazanıb.
"Cebheinfo.az"