İran həmin xəbəri yalanladı

İran həmin xəbəri yalanladı

İran atəşkəsin qüvvəyə minməsindən sonra İsrail ərazisinə raket hücumu həyata keçirməsi barədə yayılan məlumatları təkzib edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı İranın “IRIB” dövlət televiziya şirkəti yayıb. 

Xatırladaq ki, bundan əvvəl, İsrailin müdafiə naziri İsrael Katz İranın atəşkəs rejimini pozduğunu açıqlayıb və bildirib ki, orduya Tehranın mərkəzinə zərbələr endirmək barədə göstəriş verib.

"Cebheinfo.az"