Süni intellekt insanı ƏVƏZ EDƏCƏK

Süni intellekt insanı ƏVƏZ EDƏCƏK

“Süni intellekt vasitəsilə insan zehninin üstünlüklərini özündə birləşdirən maşınlar hazırlayırıq. Hal-hazırda süni intellektin etdiyi də məhz budur və biz bu texnologiyanı insan zehninə bərabər səviyyəyə gətirməyə çox yaxınlaşmışıq”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "OpenAI"-nin keçmiş GTM rəhbəri Zak Kass Türkiyədə keçirilən “Süni İntellekt və Təhsil” konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, süni intellekt hər keçən gün insan zehninə bərabər səviyyəyə daha da yaxınlaşır. Kass gələcəkdəki ən böyük texnoloji sıçrayışın avtonom agentlər olacağını deyib: 

“Avtonom süni intellekti "Siri" (səsli virtual köməkçi) kimi təsəvvür etmək olar. Ən maraqlı tərəfi isə budur:  “"Siri" artıq istədiyiniz işi yerinə yetirə biləcək səviyyəyə gəlib.” Zak Kass yaxın gələcəkdə cihaz formalarının da tamamilə dəyişəcəyini qeyd edib. OpenAI-nin yaxınlarda satın aldığı “io devices” şirkətinə dair sızan məlumatları bölüşən Kass deyib: “İndiyə qədər telefon və kompüterlərimizi cibimizdə daşıyırdıq, amma çox yaxın zamanda bunları geyinməyə başlayacağıq”.

OpenAI" tərəfindən alınan ”io devices” şirkətinin hazırladığı yeni cihazlarda artıq ekran olmayacaq”. Kass süni intellektin yaratdığı imkanlarla yanaşı bəzi risklərə də diqqət çəkib. 

O bildirib ki, məhdudiyyətsiz süni intellekt bəzən insanları tənqidi düşüncədən uzaqlaşdırır. "Z" nəslində orta zəka səviyyəsinin aşağı düşdüyünü, lakin fərdi zəka göstəricilərində uçurumun artdığını qeyd edən Kass əlavə edib: 

“OpenAI" və "Palantir" kimi texnologiya şirkətləri yaxın zamanda verdikləri vakansiyalarda universitet diplomu tələb etməyiblər. Onlar hazırda zəkalı lisey şagirdlərini işə cəlb edirlər. Hətta "OpenAI"-də işləyə biləcək ən gənc əməkdaşın 11 yaşında ola biləcəyi müzakirə olunur. Bu, doğrudan da çox həyəcanvericidir”. 

Səbinə Uğur 
"Cebheinfo.az"