İrana PUA-lar hücum edib

İranın şimalındakı Rəşt şəhərətrafına bir neçə pilotsuz təyyarə hücum edib.
Bu barədə Gilan əyalətinin qubernatorunun müavini bildirib.
"Təxminən bir saat əvvəl bir neçə pilotsuz təyyarə İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib", - o qeyd edib.
Qubernatorun sözlərinə görə, hücum hava hücumundan müdafiə qüvvələri sayəsində uğurla dəf olunub, bütün pilotsuz təyyarələr məhv edilib. Lakin dronların haradan göndərildiyi açıqlanmır.
"Cebheinfo.az"