Şantajla 35 min almışdı: Cəzası belə oldu

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Sona Əhmədovanın cinayət işı üzrə məhkəmənin yekun prosesi keçirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sona Əhmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 7 il azadlıqdan məhrum edilmasini istəyib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs iş yoldaşı Tavat Bayramova vasitəsilə zərərçəkən Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq Xavər Babayeva həmin borcu geri ödəyə bilməyib. Bundan sonra S.Əhmədova zərərçəkənə şəkilləri ilə hədə-qorxu gələrək ondan müxtəlif vaxtlarda 35 min manat pul alıb.
Sona Əhmədovaya Cinayət Məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"