Tamilla Qulami DİN-ə müraciət etdi: Məsələ nəzarətə götürüldü

Tamilla Qulami DİN-ə müraciət etdi: Məsələ nəzarətə götürüldü

Tanınmış siyasi ekspert Tamilla Qulaminin başına iş gəlib. 

“Cebheinfo.az” xəbər verir ki, onun avtomobilinə tanımadığı şəxslər tərəfindən ziyan vurulub. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Tamilla Qulami məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. 

Bunun ardınca məsələ nəzarətə götürülüb. T.Qulami daha sonra bir paylaşım da edərək Daxili İşlər Nazirliyinə və qurumun mətbuat xidmətinə operativ geridönüşə görə təşəkkür edib. 

“Neqativ hallarla yanaşı bütün pozitiv halların paylaşılması da mütləqdir! Ölkəmizin asayişinin məsuliyyəti güc strukturlarının, xüsusilə də sizin əlinizdədir. 

İnanır və ümid edirəm ki, vətəndaş-dövlət münasibətlərində neqativ halları sıfıra endirmə yolundakı fəaliyyətdə yorulmayacaqsınız! Narahat olan dostlara da təşəkkürlər”,-  deyə ekspert paylaşımında qeyd edib. 

Elmir 
“Cebheinfo.az