Gənc yazıçının imza mərasimi keçirildi - FOTOLAR

Gənc yazıçının imza mərasimi keçirildi - FOTOLAR

“Libraff” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında gənc yazıçı İmran Əliyevin "Nemesis" adlı kitabının təqdimat və imza saatı keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyat və incəsənət xadimləri iştirak ediblr. Kitabın ön sözünün müəllifi, görkəmli dramaturq Əli Əmirli çıxış edərək "Nemesis" romanının ədəbiyyat dünyasında yenilik olduğunu qeyd edib: 

"Bəzən gənc dramaturqlar təhlil etməm, fikir bildirməm üçün mənə öz əsərlərini göndərirlər. Mən isə onlara bildirirəm ki, bu yazı tərzi müxtəlif yazıçılar tərəfindən uzun müddət istifadə edilib. Siz özünüz olmalı, öz tərzinizi yaratmalısınız. 

İmranın "Nemesis" romanını oxuduqdan sonra bu tərz və yanaşmanın Azərbaycan ədəbiyyatında yenilik,  eyni zamanda cəsarətli bir addım olduğunu düşündüm. Əsər sadəcə hadisə axınının davamediciliyindən yox, insan psixologiyasının dərinliklərindən bəhs edir. Əminliklə deyə bilərəm ki, bu kitabı oxuyan hər kəs orada öz həyatından bir parça tapır və tapacaq". Təqdimatda hər yaşdan oxucu və ədəbiyyatşünas iştirak və çıxış edib. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”