Qədir Xəlilov işdən çıxarılıb: Özü təsdiqlədi

Gənclər Fondunun icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Qədir Xəlilov tutduğu vəzifədən azad edilib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qədir Xəlilov özü açıqlama verib.
"Gənclər Fondunda 6 il davam edən yolumun sonuna çatdım. Artıq özümü başqa sahədə sınamağın vaxtıdır", - deyə o bildirib.
"Cebheinfo.az"