Tarixin gizlətdiyi sirlər: Yerə göydən baxan ilk qadın - FOTOLAR

Kosmosa çıxan ilk qadın kimi tarixə düşən Valentina Tereşkova 1963-cı ilin bu günündə ilk dəfə ictimaiyyətə təqdim edilib.
"Cebheinfo.az" xəbər verir ki, yoxsulluq içində yaşayan Valentina Tereşkova 1963-cü ilin 16 iyun tarixində kosmosa göndərildi və Yer ətrafında orbitə çıxan ilk qadın olub.
O, 19 iyunda Yerə qayıdıb. Məhz bu gün, 21 iyun 1963-cü ildə, Sovet İttifaqı onu rəsmi olaraq mediaya təqdim edib və dünya onun varlığından xəbər tutub.
Lakin ən təsirli məqam nə fəzaya qalxması, nə də Yerə enişi idi. Naftemporiki qəzeti yazır ki, əsas diqqətçəkən məsələ onun ora necə getməsi idi.
Belə ki, Valentina 1930-cu illərdə Sovet İttifaqının kiçik kəndində, kasıb bir ailədə doğulub. Atası onun uşaqlıq illərində müharibədə həlak olub. Onun anası tekstil fabrikində işləyirdi.
16 yaşında məktəbi yarımçıq qoyaraq “Krasnı Perekop” tekstil fabrikində işə düzəlib. Gündəlik işi sapları dəyişmək, avadanlıqlara nəzarət etmək və daşımaq idi. O da digər işçilər kimi sadə biri idi. Lakin Valentina bir gün Yaroslavldakı paraşüt klubuna yazılıb və boşluğa ilk tullanışını edib.
1962-ci ildə Sovet kosmik proqramı kosmosa göndəriləcək ilk qadını axtaranda, Valentina artıq 100-dən çox paraşüt tullanışı etmişdi.
Onlar nə alim, nə pilot, nə də hərbçi qadın axtarırdılar. Sovet ideologiyasına uyğun olaraq, gənc, zəhmətkeş və partiyaya sədaqətli biri lazım idi. Qərbə mesaj vermək istəyirdilər ki, Sovetlər sadə kənd qızları ilə ulduzları fəth edə bilər.
Beləcə Valentina Tereşkova seçildi və Kosmonavt Təlim Mərkəzinə daxil olub. Çətin sınaqlardan istilik kameraları, çəkisizlik, təcrid şəraitində ağır testlərdən keçib. Rütbəli, təcrübəli kişi kosmonavtlarla eyni təlimi alıb.
O, 1963-cü il 16 iyunda, cəmi 26 yaşında “Vostok 6” kosmik gəmisilə kosmosa göndərildi.Demək olar ki, üç gün təkbaşına Yer ətrafında 48 tam dövrə vurdu. Gəmini idarə etməsə də, müxtəlif məlumatlar topladı, nəbzini ölçdü, vəziyyətini ötürdü və Yerlə əlaqə saxladı.
19 iyun tarixində Yerə qayıtdı. Kapsul Qazaxıstanda yerə endi və paraşütlə çıxış etdi. Bir kəndin yaxınlığına enən Tereşkova kəndlilər tərəfindən hərbi qəza keçirildiyi zənni ilə qarşılandı.
Valentina Tereşkova yalnız kosmosa çıxan ilk qadın deyil, həm də məktəb diplomu olmayan, döyüş təyyarəsi idarə etməyən ilk qadın idi.
Onun bu uğuru NASA-nı şoka saldı. ABŞ o dövrə qədər kosmosa bir qadın belə göndərməmişdi. Hətta bu hadisədən tam 20 il sonra, 1983-cü ildə Salli Rayd ilə bu işi həyata keçirə bildilər. Hətta o zaman da böyük ön mühakimə ilə qarşılaşmışdılar.
Bunun əksinə olaraq, Tereşkova Sovet İttifaqında qəhrəman elan edildi. Təltif olundu, hərbi geyim geyindirildi, dövlət liderləri ilə fotolar çəkildi, paradda iştirak etdi.
Fəxri adlar qazansa da, özünü həmişə sadə bir işçi kimi tanımağa davam etdi.
Əfsanə
"Cebheinfo.az"