Azərbaycan və Özbəkistan XİN rəhbərləri görüşdü - YENİLƏNİB

Azərbaycan və Özbəkistan XİN rəhbərləri görüşdü - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Regionda baş verən son inkişaflardan danışılıb, Yaxın Şərq bölgəsində artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı Bəxtiyor Saidovla görüşü olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.

Görüş iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilib.

Tərəflər ikitərəfli əməkdaşlıq, regional və qlobal hadisələr, xüsusilə də İsrail-İran eskalasiyası və Azərbaycan arasında genişlənmiş strateji müttəfiqliyin perspektivlərini müzakirə ediblər.

"Cebheinfo.az"