Hakan Fidandan İsrailin hücumuna REAKSİYA

“Türkiyə İsrailin İrana hücumundan sonra hadisə ilə bağlı vəziyyəti nəzərdən keçirib”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Bu problem Fələstin, Livan, Suriya, Yəmən və ya İran problemi deyil. Bu problem açıq şəkildə İsrail problemidir. Bölgəmiz üçün fəlakətlə nəticələnə biləcək və digər bölgələr üçün də əks-səda doğura biləcək bu qanunsuz hücumlar dərhal dayandırılmalıdır" - Fidan deyib.
"Cebheinfo.az"