Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən verilən məlumata görə, əlavə qatarlar 26, 27, 28 və 29 iyun tarixlərinə təyin edilib.

Məlumata görə, sərnişinlər hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilər.

"Cebheinfo.az"