İrandan ABŞ-yə sərt XƏBƏRDARLIQ

İran ABŞ-nin İsrailə hərbi dəstək verəcəyi təqdirdə Yaxın Şərqdəki Amerika hədəflərinə hücum edəcəklərini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ İsrailin hərbi əməliyyatına qoşularsa, Tehran “Amerikanın Yaxın Şərqdəki hədəflərinə cavab verməyə hazır olacaq”.
ABŞ-də yerləşən “NBC News” telekanalına danışan Əraqçi, ABŞ ordusunun hədəfə alınıb-alınmayacağı sualına "Müharibə olarsa, tərəflər bir-birinə hücum edəcək. Bu, olduqca başa düşüləndir. Özünümüdafiə hər ölkənin qanuni haqqıdır", - deyə cavab verib.
Nazir bildirib ki, Təl-Əvivi dayandırmaq üçün Vaşinqtona yalnız bir telefon zəngi lazımdır.
Qeyd edək ki, bu bəyanat ABŞ Prezidenti Donald Trampın İrana diplomatik həll üçün maksimum iki həftə vaxt verdiklərini açıqlamasından sonra verilib.
Nigar Hacılı
"Cebheinfo.az"